Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Araşdırma / Rusiya məhkəməsi azərbaycanlı iş adamını 300 min manat cərimələdi

Rusiya məhkəməsi azərbaycanlı iş adamını 300 min manat cərimələdi

Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Tümen vilayəti üzrə Regional idarəsinin mətbuat xidməti bildirib ki, Koqalım şəhər sakini, 42 yaşlı Nadir Hacıyev məhkəmənin qərarı ilə 12 milyon rubl (təxminən 300 min manat – virtualaz.org) cərimə olunub.

Bundan öncə onun barəsində 5 il müddətinə şərti cəza təyin edilmişdi.

Mənbənin bildirdiyinə görə, ötən ilin dekabr ayında N.Hacıyev daşınmaz əmlakla bağlı icranın dayandırılmasına nail olmaq üçün məhkəmə icraçısına 200 min rubl (5000 manat – virtualaz.org) rüşvət təklif edib. Qeyd olunan məbləğin bir hissəsini məhkəmə icraçısına vermək istəyən N.Hacıyev cinayət başındaca yaxalanıb. O, öz günahını səmimi etiraf edib.

Xantı-Mansiysk muxtar dairəsinin Koqalım şəhər məhkəməsinin hökmü ilə N.Hacıyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 2 milyon rubl (50 min manat – virtualaz.org) cərimə olunub.

2016-cı ilin iyun ayında dövlət ittihamçısı apellyasiya protesti verib. Apellyasiya Məhkəməsinin qərarı ilə cərimənin məbləği 12 milyon rubla (300 min manat) dəyişdirilib.

Həmçinin oxuyun

Yanına gələn qızlara “alt paltarı geyinməsin” deyirdi – Adnan Oktarın qorxunc əməli üzə çıxdı

Adnan Oktarın daha bir dəhşətli əməli üzə çıxıb.  Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı …

Bir cavab yazın