Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Araşdırma / “Reina” terrorunun əmrini verən şəxs tutuldu

“Reina” terrorunun əmrini verən şəxs tutuldu

Yeni il gecəsi İstanbulun “Reina” gecə klubunda terror törətdilməsi ilə bağlı əmr verən şəxs tutulub.
Bununla bağlı “CNN Türk” telekanalı məlumat verib.
Bildirilib ki, terroru həyata keçirən və dünən səhər saatlarında tutulan Abdulkadir Maşaripovun ifadəsi zamanı “Hoca Yusuf” adlandırdığı şəxsin kimliyi müəYyən olunub.
“Hoca Yusuf” ləqəbli terrorçunun əsl adı İlyas Mamşaripovdur. O, İŞİD terror təşkilatının Türkiyə əmri Hoca Akının yaxın adamıdır. Məlumatlara görə, Mamaşaripov Türkiyə terrorla mübarizə idarəsi tərəfindən yaxalanıb.
Hazırda Türkiyə polisi Abduldir Maşaripovun 4 yaşlı oğlunu axtarır. Qeyd edək ki, terrorçunun həyat yoldaşı və 1 yaşlı qızı qaldığı evdə tapılıb. (Teleqraf.com)

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …

Bir cavab yazın