Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Rəisin oğlu “Gelandewagen”lə qəza törətdi

Rəisin oğlu “Gelandewagen”lə qəza törətdi

Bir neçə gün öncə Bakıda ABŞ səfirliyinin avtomobili qəzaya uğrayıb.

“ Azinforum.az ” Azadliq.info-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Azadlıq prospektində baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, prospektlə hərəkət edən “Gelandewagen” markalı avtomobil ABŞ səfirliyinə məxsus GMC markalı maşına çırpılıb. Qəza zamanı ABŞ səfirliyinin əməkdaşının yüngül xəsarət aldığı deyilir.

Missiya.az-ın xəbərinə görə isə qəzanı törədən “Gelandewagen” markalı maşın polis rəisinin oğluna məxsus olub. Nömrə nişanı 777 olan avtomobilin Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyevin oğlu İdris Hənifəyevə məxsus olduğu bildirilir.

Qəzaya səbəb sürət həddin aşılması və ara məsəfəsinin qorunmaması olub.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın