Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Bakıda dəhşətli yanğın – Ata, ana və iki azyaşlı həlak oldu

Bakıda dəhşətli yanğın – Ata, ana və iki azyaşlı həlak oldu

Bakıda dəhşətli yanğın hadisədi baş verib.

Qafqazinfo” xəbər verir ki, FHN-in yaydığı məlumata görə, Nizami rayonunda tikintisi yarımçıq qalmış (Sovetlər dövründən) yaşayış binasının ümumi sahəsi 210 m2olan zirzəmisində 4 ailənin məskunlaşdığı yaşayış yerində yanğın baş verib. Nəticədə otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1983-ci il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın