Rusiyanın Narkotiklərə qarşı Mübarizə Agentliyinin əməkdaşları Ukrayna ərazisindən ölkədə idarə etdiyi “Mercedes” avtomobilində narkotik maddə keçirən 46 yaşlı Azərbaycan vətəndaşını həbs edib.
Virtualaz.org xəbər verir ki, onu Moskva ətrafındakı Serpuxov şəhərində, Simferepol şossesində saxlayıblar. Azərbaycanlının maşınınan yüksək konsentrasiyalı 7 kiloqram mariuxana aşkar ediblər.
Azərbaycanlı saxlanılarkən maşında narkotik daşıdığını boynuna alıb, əvvəllər qoz alveri etdiyini, ancaq son vaxtlar bu işdə qazanc olmadığından “ot” alverinə keçdiyini deyib. Onun maşınında aşkarlanan narkotik maddənin bazar qiymətinin 3 milyon rubl olduğu təxmin edilir. Saxlanılarkən azərbaycanlı nəşə alverçisi ilə əməliyyatçılar arasında maraqlı dialoq yaşanıb. Ondan maşında qadağan olunmuş maddənin olub-olmadığını soruşublar. “Bəli, var”-azərbaycanlı cavab verib. Ancaq o malın adını düz deyə bilməyib, “otdur” deyib. “Adi otdur?” əməliyyatçılar dəqiqləşdirməyə çalışıblar. “Yox, narkotikdir”-azərbaycanlı cavab verib. “Bəs adı nədir , hansı otdur? Marixuanadır?”-əməliyyatçılar ona yenə sual veriblər. “Bilmirəm axı, otdur da, lap olsun marixuana…”-saxlanılan şəxs bildirib.