Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Qohumları kürəkənin qulağını kəsdi – Ağdaşda şok olay

Qohumları kürəkənin qulağını kəsdi – Ağdaşda şok olay

Ağdaş rayonunda arvadın qohumları kürəkənin qulağını kəsiblər.

Hadisə rayonun Kotanarx kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nurəddin Nuru oğlu Qədirov həyat yoldaşı ilə dalaşaraq onu döyüb. Bunu eşidən qadının qohumları onların yaşadığı evə hücum edərək N.Qədirovu bel sapı ilə döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Bununla kifayətlənməyən qohumlar N.Qədirovun bir qulağını kəsiblər.

Ağır bədən xəsarətləri alan N.Qədirov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır. (Report)

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın