Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / “Qızım xəstə olub, dərmanları baha olanda…” – “Rabitə işi”

“Qızım xəstə olub, dərmanları baha olanda…” – “Rabitə işi”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digər yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.

“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov ifadə verərək deyib ki, tenderlərdə aktların yazılmasında, tikinti materiallarının yazılmasında heç bir iştirakı olmayıb: “Heç bir sənəddə imzam da yoxdur. Sadəcə mühasib kimi işləyib hazır sənədlər əsasında dövlət qurumlarına hesabat hazırlayıb təqdim etmişəm, 400 manat əmək haqqımı almışam. Mənə 32 min manat mənimsəmə ittihamı verilib. 22 yaşlı qızım daimi xəstə olub, dərmanlar baha olanda Namazalı müəllimə deyirdim, o kömək edirdi, başqa heç bir məbləğ almamışam. Bütün işləri MMC-nin direktoru Namazalı Məmmədov aparırdı. Rabitə Nazirliyi tikinti üçün ödənişləri vaxtı-vaxtında etmirdi, hələ də 16 milyon manat borcları qalıb”.

Namazalı Məmmədov deyib ki, S.Hümbətovla aralarında heç bir anlaşma olmayıb: “Heç bank qəbzlərində də onun imzası yoxdur. Sadəcə qızının xəstəliyi üçün xeyriyyə məqsədi ilə bəzən şəxsi hesabımdan pul vermişəm”.

S.Hümbətov deyib ki, istintaqa verdiyi ifadəsini təsdiqləsə də, ittiham aktında qeyd olunan ifadəsi tamam başqa cür yazılıb.

Hakim onun istintaqa ifadəsini elan edib.

Digər təqsirləndirilən “Rabitə Mülki Tikinti” MMC-nin direktoru olmuş Emin Məmmədov ifadə verərək deyib ki, istintaq zamanı tikinti materiallarının qiymətləndirilməsi düzgün aparılmayıb: “Bunun əsasında da bizə ittiham verilib. 250 manatlıq taxta 70 manat yazılıb, bu yolla bizə şişirdilmiş mənimsəmə ittihamı verilib. Bizim əlavə xərclərimiz olurdu. Lahıca telefon xətti çəkiləndə 70-ə yaxın dirəyin üstünə dağdan daş töküldü, qırıldı, 4 km kabel məhv oldu. İstintaq bunları, işçilərin yeməyini, qalmağını, ümumiyyətlə əlavə xərclərin heç birini nəzərə almayıb. Biz dövlət əmlakının 1 manatına da əl uzatmamışıq. 1991-ci ilin qiymətləri ilə hesablama aparmaq olar?

Desinlər ki, mən ittiham orqanıyam, dediyim olmalıdır, biz də deyək baş üstə. İş zamanı 4 montyorum yıxılıb, 1-i vəfat edib, 2-si şikəstdi, hələ də onlara pul ödəyirəm. Bizim günahımız nədir? İttihamın 90-ı şişirtmədir. Əlavə xərclərimizə dair bütün hesabatlarımızı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etmişdim, müstəntiq dedi itirmişəm”.

Məhkəmədə günün ikinci yarısına kimi fasilə elan olunub.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın