Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Araşdırma / Qız qaçıran oğlunun görün harasını kəsdi – Azərbaycanlı atadan DƏHŞƏT

Qız qaçıran oğlunun görün harasını kəsdi – Azərbaycanlı atadan DƏHŞƏT

Türkiyənin Azərbaycanlılar yaşayan  Qars rayonunun Səlim kəndində bir ata qız qaçırdığına görə oğlunun qulağını kəsib.
Moderator.az Türk mediasına istinadla xəbər verir ki, adı açıqlanmayan M.E. sosial şəbəkə üzərindən Ankaradan H.A. adlı qızla tanış olub. Daha sonra qıza evlənmək vəd edərək yaşadığı rayondakı evinə aparıb.
Oğlanın atası D.Y. isə hadisə barədə xəbər tutunca çox əsəbləşib. Əsəbləşən ata əvvəlcə arvadı H.Y.-nı, sonra isə iki oğlunu evdə masaya bağlayıb. İddiya görə, ata qız qaçıran oğlunu daha sərt cəzalandırıb. Belə ki, oğlu M.E-nin sağ qulağını kəsib.
Evdən qaçan M.E polisə gedərək vəziyyəti anladıb.
Qars Dövlət Xəstəxanasına yerləşdirilən M.E-nin kəsilən qulağı əməliyyatla təkrar yerinə tikilib.
Polis hadisə ilə bağlı ata D.Y-ni saxlayıb. Ata haqqında cinayət işi açılıb.

Həmçinin oxuyun

Yanına gələn qızlara “alt paltarı geyinməsin” deyirdi – Adnan Oktarın qorxunc əməli üzə çıxdı

Adnan Oktarın daha bir dəhşətli əməli üzə çıxıb.  Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, silahlı …

Bir cavab yazın