Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Qatilin rəfiqəsi: “Filiz Vatandan uşaq istəyirdi, o isə…”

Qatilin rəfiqəsi: “Filiz Vatandan uşaq istəyirdi, o isə…”

Aparıcı-aktyor Vatan Şaşmazı öldürən keçmiş sevgilisi, model Filiz Akerin yaxın dostu Sevilay Öztürk yenidən açıqlamaları ilə təəccübləndirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, cütlük arasında böyük sevgi olmadığını deyib:

“Onlar arasında sevgi yox idi, qısamüddətli əlaqələri olub. Filiz “Yaşım keçir” deyib Vatandan uşaq istədi, o isə aralarındakı yaş fərqinə görə bu istəyi rədd etdi. Bunlar bir qadının heç vaxt eşitmək istəmədiyi sözlər idi. 2 dəfə Filiz intihara cəhd etdi. Sevgiyə görə bunu etməz. Amma mövzunun pul olub-olmadığını da bilmirəm. O həyatı, musiqini sevən bir qadın idi. Özünü çox yalnız hiss edirdi. Filiz çox seçici bir qadın idi. Hər kəslə tanış olmazdı. Vatan o vaxtlar subay idi”.

Bu intihardan təəccüblənmədiyini deyən Sevilay Öztürk rəfiqəsinin bu addımı atacağını bildiyini deyib:

“Filiz 20 illik dostumdur. Onun kimi insan tapmaq çətindir. Roman qəhrəmanları kimi idi. Amma çox yalnız idi və bu dünyada yaşayacaq bir şeyi qalmamışdı. Həm maddi, həm mənəvi bitmişdi. O da ölmək istədi. Filizin anasının atası tərəfindən öldürüldüyünü bir il öncə eşitdim, amma onunla aramızda bu haqda söhbət olmamışdı. Çünki Filiz ailəsi haqqında danışmağı sevməzdi. Vatan Şaşmazı dəqiq nə üçün öldürdüyünü deyə bilmərəm, amma həyatda heç bir məqsədi qalmamış, tükənmiş bir qadın idi. Bəlkə də böyük finala getmək istədi. Vatan olmasaydı, bəlkə də ölümü belə təntənəli olmayacaqdı”.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın