Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Qalmaqallı doktor Ceyranov Gürcüstanda həbs edildi

Qalmaqallı doktor Ceyranov Gürcüstanda həbs edildi

Gürcüstanda “Lanset” klinikasının təsisçisi, qalmaqallı azərbaycanlı doktor Fərman Ceyranov ötən gün polis tərəfindən saxlanılıb. Virtualaz.org xəbər verir ki, məlumatı Gürcüstan İctimai Televiziyası yayıb. “Lanset” klinikasının əməkdaşı virtualaz.org saytına doktor Ceyranovun saxlanıldığını təsdiqləyib.

Xəbərə görə F.Ceyranov Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə ittiham olunur. Bu maddə dələduzluq cinayətini nəzərdə tutur. Cinayət işində iki nəfərin adı keçir. Məlumata görə, klinikada 2016-cı ildə qanunsuz qara ciyər transplantasiyası əməliyyat baş tutub. Əməliyyat uğursuz olduğundan xəstə dünyasını dəyişib.

Hüquq mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl “Lanset” in lisenziyası geri alınıb.

Fərman Ceyranova qarşı rəsmi ittiham bu gün irəli sürüləcək. Gürcüstanda nəşr edilən xeber.ge azərbaycandilli saytı bildirir ki, hazırda o baş polis idarəsinin müvəqqəti təcridxanasındadır.

F.Ceyranov Gürcüstanda anadan olub, 1994-cü ildə Bakıda M.Topçubaşov adına Elmi cərrahlıq mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb, eyni zamanda Səhiyyə Nazirliyinin baş cərrahı olub. Bir neçə il əvvəl hüquq-mühafizə orqanları onun barəsində cinayət işi qaldırmışdı və barəsində korrupsiya ittihamı ilə istintaq aparılırdı. Daha sonra F.Ceyranov Gürcüstana getdi və orada kredit hesabına “Lanset” klinikasını açdı. Bir müddət əvvəl Ceyranov və onun klinikası barədə jurnalist Eynulla Fətullayevin “Gürcüstanda gizli anti-Azərbaycan yuvaları” məqaləsində bəhs edilmişdi. Orada deyilirdi ki, Gürcüstanda məskunlaşan azərbaycanlı müxaliflər Ceyranovla təmasdadır.

 

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın