Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Qətlə yetirilən qadın qızıl alverçisinin mənzilində 1 milyon manatlıq qızıl olub

Qətlə yetirilən qadın qızıl alverçisinin mənzilində 1 milyon manatlıq qızıl olub

Qətlə yetirilmiş iş adamı Məryəm Namidzadənin mənzilində 15 kq qızıl olub. Bu barədə “Report”un müxbirinə onun qonşularından biri məlumat verib.
M.Namidzadə Yeni il bayramı günündə qonşusuna çalışdığı univermaqda alverin zəif getdiyini, hər gün 15 kq qızılı evdən işə, işdən evə apardığını deyib. Qonşu isə mühafizəçi tutmağı məsləhət görüb.
Qeyd edək ki, hazırkı bazar qiymətləri ilə 15 kq-lıq qızılın dəyəri təxminən 1 milyon manatdır.
M.Namidzadənin qızı Günel Hüseynova isə istintaqa ilkin ifadəsində evdən ona məxsus 30 min ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.
Sonradan isə G.Hüseynova özü və daha üç nəfər şübhəli şəxs qismində saxlanılıb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın