Fevralın 27-si Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər və bu partiyanın hazırkı başqanı Arif Hacılı yenidən prokurorluqda dindiriliblər. Qeyd edək ki, onlar fevralın 24-də prokurorluğa dəvət olunmuşdular.
Partiyanın mövqeyi belədir ki, Müsavat liderlərinin prokurorluğa dəvət edilməsi partiyanın son aylarda siyasi fəaliyyətini gücləndirməsi ilə bağlıdır. Arif Hacılının dediyinə görə, onlara prokurorluqda ölkədən gedən mühacirlərə saxta sənədlər düzəldilməsi ilə məşğulolan şəbəkəylə bağlı suallar veriblər.
“Azadlıq” radiosunun hazırladığı videoreportajı təqdim edirik: