Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Prokuror Pənah Hüseynin qohumlarına – Sərxoşovlara iş istədi

Prokuror Pənah Hüseynin qohumlarına – Sərxoşovlara iş istədi

Prokuror müxalifət liderlərindən olan Pənah Hüseynin yeddi qohumuna 2 il yarımdan 5 ilədək iş istəyib.

Proses noyabrın 30-da Sabirabad Rayon Məhkəməsində keçirilib.

Məlumatı “Azadlıq” radiosuna məhkəmədə iştirak edən Pənah Hüseyn verib.

Onun dediyinə görə, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı 2014-cü ilin avqustunda xuliqanlıq hərəkətlərinin baş verdiyini, bunun şahid ifadələri ilə sübuta yetirildiyini deyib.

Dövlət ittihamçısı İxtiyar Sərxoşov üçün 5 il, Sərxoş Sərxoşova 5 il, Adil Hüseynova 3 il, Vasif Hüseynova 2 il 6 ay, Mansur Hüseynova 2 il 6 ay, Qaşqay Hüseynova 2 il 6 ay, Xalid Sərxoşova 2 il 6 ay müddətinə həbs verilməsini istəyib. Qarşı tərəfdən təqsirləndirilən Rəsul Dəmirova da 2 il 6 ay iş istənilib.

Prosesdə çıxış edən Vasif Hüseynovun vəkili Pənah Məmmədov ittihamla razı olmadığını bildirib. Deyib ki, ibtidai istintaq zamanı araşdırma düzgün aparılmayıb, müdafiə etdiyi şəxsin əməlində xuliqanlıq cinayəti yoxdur. O, məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib

Digər vəkillər çıxış üçün vaxt verilməsini istəyiblər. Növbəti məhkəmə prosesi dekabrın 7-nə təyin edilib.

Pənah Hüseyn qohumlarının onun siyasi fəaliyyətinə görə həbs olunduğunu deyib: «Yüzdə yüz mənim qohumlarım olduqlarına görə bu baş verir. Tarixdə belə bir şey olmayıb ki, bu cür mənasız bir işə görə yeddi adam belə ağır maddələrlə həbs edilsin. Onların əksəriyyəti 50 yaşından yuxarıdır, ailə, təsərrüfat sahibidirlər. Birmənalı şəkildə mənim qohumlarımın əməlində cinayət tərkibi yoxdur».

Pənah Hüseynin dediyinə görə, il yarım əvvəl onun doğulduğu Sabirabad rayonunun Qaraqaşlı kəndində məişət zəminində məhəlli dava düşüb. İndi bu qohumları həmin hadisəyə görə xuliqanlıqda ittiham edilirlər.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın