Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Prokuror Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücüyə cəza istəyib

Prokuror Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümünə səbəb olan sürücüyə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında N.Hüseynovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, həmin şahid qəza zamanı tələbələrin olduğu qırmızı rəngli “Ford”la ötüşdüyü deyilən yaşıl rəngli “Ford”un sürücüdü Rauf Seyfullayevdir. Məhkəmə həmin sürücünün məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarıb. Hələ ki, onun məhkəməyə gətirilməsi mümkün olmayıb. Əlavə edək ki, qəzadan sonra yayılan videogörüntülərdə qəzaya uğrayan “Ford”un yaşıl rəngli “Ford”la ötüşdüyü və sağ tərəfdən ötmə əməliyyatı etdiyi görünür.
Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə – Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın