Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / “Priton üstündə saxlanmışam, səhv etmişəm”

“Priton üstündə saxlanmışam, səhv etmişəm”

Yol qırağında əxlaqsızlıq yuvası aşkarlandı.
Bakı-Qazax-Gürcüstan avtomobil yolunun kənarında, Yevlax rayonunun Səmədabad kəndi ərazisində yerləşən kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb. 
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əxlaqsızlıq yuvası təşkil etməkdə şübhəli bilinən, Səmədabad kənd sakini Tofiq İdris oğlu Əliyev saxlanılıb. ”Kafe sahibi Tofiq İdris oğlu Əliyevin əxlaqsız yuva saxlaması aşkar edilmişdir” deyə müstəntiq Səxavət Mirzəyev bildirib.
Saxlanılan şəxs Tofiq Əliyev də törətdiyi əməli etiraf edib: “Priton üstündə saxlanmışam. Səhv etmişəm.” (Region Tv)

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın