Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Polislərin üzərinə kimyəvi məhlul atıb özünü öldürdü – Bakıda dəhşət

Polislərin üzərinə kimyəvi məhlul atıb özünü öldürdü – Bakıda dəhşət

Aprelin 19-da Yasamal rayonunun Azərbaycan prospektində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan İbrahimov və tanışı, Abşeron rayon sakini Nailə Sadıqova arasında münaqişə baş verib. 

“Qafqazinfo” xəbər verir ki, bu zaman N.Sadıqova həmin ərazidə xidmətdə olan Yasamal Rayon Mühafizə İdarəsinin iki əməkdaşını köməyə çağırıb. Polis əməkdaşları E.İbrahimovu intizama dəvət edərkən o, əlindəki şüşə qabda olan kimyəvi məhlulu polis əməkdaşlarının və qadının üzərinə atıb, məhlulun qalan hissəsini isə özü içib.

Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. E.İbrahimov orada ölüb.

Polis əməkdaşlarından birinin vəziyyəti orta ağırdır, digərinə və N.Sadıqovaya tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Rayon prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın