Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Polis zabitinin atası axtarışa verildi

Polis zabitinin atası axtarışa verildi

Azərbaycan hüquq-mühafizə orqanları dələduzluqda təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 67 yaşlı Niftəli Fətəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. O, ölkədə olmadığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Saytın əldə etdiyi məlumata görə, N. Fətəliyev Quba rayon sakinidir. Onun oğlu, Şahverdi Fətəliyev isə hazırda Quba Rayon Polis Şöbəsində sahə rəisi vəzifəsində çalışır. Ş. Fətəliyev polis kapitanıdır.

Ş. Fətəliyev saytın sorğusuna cavabında atasının axtarışa verilməsindən məlumatsız olduğunu bildirib: “Atam hazırda Rusiyadadır. Səhhəti ilə əlaqədar müalicəyə gedib. Onun axtarışa verilməsi ilə bağlı məlumatımız yoxdur”.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın