Cümə axşamı , May 2 2024
Ana səhifə / Araşdırma / Polis olmaq üçün 21 800 dollar verdi

Polis olmaq üçün 21 800 dollar verdi

Abşeron rayon sakini polis sistemində işə düzəlmək üçün rüşvət verdiyini və aldadıldığını iddia edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, şikayətlə bağlı 1989-cu il təvəllüdlü Saday Həsənov özü Nəsimi RPİ-yə müraciət edərək məlumat verib. O bildirib ki, 2016-cı ilin yanvar ayında özünü Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim edən Neman adlı şəxs işə düzəltmək üçün ondan pul alıb. S.Həsənov deyib ki, həmin şəxs onu Daxili İşlər Orqanlarında işə düzəldəcəyini vəd edərək ondan 21 800 ABŞ dolları alıb və qaytarmayıb.

Məsələ ilə bağlı Nəsimi RPİ İstintaq Şöbəsində araşdırma aparılır.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın