Ana səhifə / Şou Biznes / Məmur maşınına əl qoyuldu – Azərbaycanda

Məmur maşınına əl qoyuldu – Azərbaycanda

Bu gün axşam saatlarında İmişli polisi rayonun “toxunulmaz ” məmurlarından sayılan Meliorasiya və Su Təsərüfatı ASC-nin İmişli hidroqovşağının rəisi Mirqoca Mirişovun xidməti avtomobili yol polisi tərəfindən saxlanılıb.

Avropa.info-nun bölgə müxbirinin verdiyi məlumata görə, Mirqoca Mirişovun 30-AA-080 dövlət nömrə nişanlı xidməti avtomobilini idarə edən sürücüsü və avtomobil İmişli Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılıb. Rəisin xidməti avtomobilinin işıqforun qırmızı işğında keçdiyi üçün saxlanıldığı bildirilir.

Mirqoca Mirişovun sürücüsü isə onun öz qardaşıdır. Son məlumatlara görə, avtomobil hal-hazırda İmişli Polis Şöbəsinin cərimə meydançasındadır.

dia.az

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın