Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / PKK Naxçıvana gələn avtobusu və 30 azərbaycanlını saxladı VİDEO, YENİLƏNİB

PKK Naxçıvana gələn avtobusu və 30 azərbaycanlını saxladı VİDEO, YENİLƏNİB

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə ərazisində Azərbaycan vətəndaşlarının PKK tərəfindən girov götürülməsi və sonradan azad edilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı konsulluğumuz Türkiyə hüquq-mühafizə orqanları ilə məlumatı aydınlaşdırıb.

Türkiyə hüquq-mühafizə orqanlarından Azərbaycanın Türkiyədəki səfirliyinə bildirilib ki, hadisə İqdır ilə Qars arasındakı Kağızman bölgəsində baş verib. Avtobusdakı Azərbaycan vətəndaşlarından ölən və ya xəsarət alan olmayıb.

Hazırda həmin avtobusda nə qədər Azərbaycan vətəndaşının olması araşdırılır. Bu barədə əlavə məlumat veriləcək.

Məsələ Azərbaycan Xarici İşlər Nazirliyinin, Azərbaycanın Türkiyədəki səfirliyinin və Qars konsulluğunun diqqət mərkəzindədir.

*   *   *15:24

Azərbaycan Xarici İşləri Nazirliyinin tapşırığı ilə Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədə naməlum silahlı şəxslər tərəfindən içərisində Azərbaycan vətəndaşlarının olduğu deyilən sərnişin avtobusunun saxlanması ilə bağlı məlumatı araşdırır.

Diplomatik missiyadan verilən məlumata görə, səfirlik Azərbaycan Qars şəhərindəki Baş konsulluğu ilə birgə Türkiyənin hüquq-mühafizə orqanlarından bu məlumatı yoxlayır.

Bundan əvvəl xəbər yayılıb ki, ötən gecə naməlum silahlı şəxslər Qars-Ərzurum-İğdır magistralında 70 sərnişini olan avtobusu saxlayıblar. Saxlanılanlar arasında azərbaycanlıların da olduğu bildirilir. Sərnişinləri bir neçə saat saxlayandan sonra onların qiymətli əşyalarını və sənədləri aldıqdan sonra buraxıblar.

*   *   *14:01

Ötən gecə PKK terrorçularının Türkiyədə Qars-Ərzurum-İqdır magistral yolunu bağlayaraq girov götürdüyü 70 nəfər arasında azərbaycanlılar da var. Bu barədə məlumatı ANS PRESS-ə Türkiyədə təhsil alan Sənan Musayev adlı tələbə verib.

Onun sözlərinə görə, 70 nəfər arasında 30-a yaxın azərbaycanlı olub: “Avtobusda olanlar Ərzuruma müalicə məqsədi ilə gediblər. Avtobusda olanlar arasında mənim qardaşım Səbri də var. PKK üzvləri onların əlindən sənədləri və pulları alandan sonra buraxıblar. Hazırda sənədsiz qalan şəxslər Azərbaycan tərəfə keçə bilmirlər”.

Səbri Musayevin özünün verdiyi məlumata görə isə PKK-nın saxladığı avtobus Türkiyədən Naxçıvana gəlirmiş: “Türk şirkətinə məxsus avtobusda məndən başqa 30-35 azərbaycanlı olub. Bizi 5 saat girov saxladıqdan sonra buraxıblar. Daha sonra bəzi sərnişinlərin pasportlarını qaytarıblar. Bəziləri isə avtobusda qalıblar”.

Tələbənin sözlərinə görə, terrorçular sərnişinləri düşürdükdən sonra avtobusu dərədən aşırıblar: “İndi onu çıxarmaq üçün texnikanı gözləyirlər”.

S.Musayev deyib ki, onların məqsədləri camaatı qorxutmaq olub: “Bizi saxladıqları müddətdə uşaqları dağa göndərməyi, hakim partiyaya qarşı mübarizəyə çağırışlar etdilər”.

“İHA”nın verdiyi məlumata görə, 70 girovu 2 saat sonra azadlığa buraxan terrorçular Kağızman bələdiyyəsinə məxsus avtobusu və 3 TIR-ı od vuraraq yandırıblar. Polis və jandarm qüvvələri bölgədə təhlükəsizlik tədbirlərini gücləndirib.

Xatırladaq ki, iyulun 17-də PKK Naxçıvanla sərhəddə qorxu dolu anların yaşanmasına səbəb olub. İftar vaxtı bir qrup terror təşkiları üzvü İğdırdan Naxçıvana sərhəd-keçid məntəqəsi olan Dilucuya gedən yolu kəsib. PKK üzvləri yoldan keçən TIR-ı saxlayıblar. Onlar sürücünü maşından düşürdükdən sonra avtomobilə od vurublar.

Terror təşkilatı mütəmadi olaraq Qars-Ərzurum-İqdır magistralında avtomobillərər hücum edir, maşınları yandırır.

Naxçıvan sərhəddində yandırılan TIR

Türkiyədə iyul ayının 20-də Şanlıurfanın Suruc rayonunda 32 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra genişmiqyaslı antiterror əməliyyatı başlayıb. Bu hadisəni bəhanə edən PKK tərəfdarları Türkiyənin müxtəlif şəhərlərində zorakılıqlar və hətta ölümlə nəticələnən aksiyalar keçiriblər. Türk Hava Qüvvələrinə məxsus qırıcılar terrorçuları bombalayıblar.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın