Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Peterburqda azərbaycanlıların bazar davası: 1 nəfər öldürüldü

Peterburqda azərbaycanlıların bazar davası: 1 nəfər öldürüldü

Sankt-Peterburqda meyvə-tərəvəz bazasında azərbaycanlının ölümü ilə nəticələnən davanın təfərrüatları məlum olub.

RİA Novosti-nin verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Peterburq və Leninqrad vilayəti üzrə baş idarəsinin mətbuat xidməti hadisənin kütləvi dava olmadığını, iki nəfər arasında münaqişə üzündən baş verdiyini açıqlayıb.

Məlumatda deyilir: “Yerli vaxtla saat 13.30 radələrində əslən azərbaycanlı iki şəxs arasında münaqişə baş verib. Onlardan biri digərinə odlu silahla atəş açıb və qaçmağa çalışıb. Digər satıcılar onun arxasınca qaçaraq tutublar. Xəsarət almış azərbaycanlı hadisə yerində ölüb. Digəri isə xəstəxanaya yerləşdirilib”. Hadisə yerində istintaq qrupu işləyir.

*   *   *16:48

Bu gün günorta saatlarında Rusiyanın Sankt-Peterburq şəhərindəki Sofiysk meyvə-tərəvəz bazasında kütləvi dava baş verib.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, davada 1 Azərbaycan vətəndaşı öldürülüb, onun güllə yarası aldığı bildirilir.

Davada 200-ə yaxın adam iştirak edib, şahidlər silah səslərinin eşidildiyini deyirlər. Polis atəş açan şəxsi saxlayıb. Azərbaycan vətəndaşının borca görə öldürüldüyü deyilir. Hazırda münaqişə lokallaşdırılıb, hadisə yerində polis işləyir. Bildirilir ki, dava iki azərbaycanlı qruplaşması arasında baş verib.  İsmayılov və Hüseynov familiyalı iki azərbaycanlı borca görə dalaşıblar və dava böyüyüb. Bazara OMON yeridilib, onlarla azərbaycanlı saxlanılıb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın