Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Özünü qatarın altına bacısına görə atıbmış… – Təfərrüat

Özünü qatarın altına bacısına görə atıbmış… – Təfərrüat

Metronun “Ulduz” stansiyasında gənc oğlanın özünü qatarın altına atmasının səbəbi məlum olub.

“ Azinforum.az ” ın Trend-ə istinadən məlumatına görə, iyulun 17-də saat 15:00 radələrində 1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu stansiyanın platformasından özünü qatar relsinə atıb.

Stansiya nəzarətçilərinin köməyi ilə T.Ələsgərlinin həyatını xilas etmək mümkün olub. O, qatar platformaya çatanda dərhal relslərin üzərindən çıxıb tunelə daxil olub. Metro nəzarətçilərinin köməyi ilə stres vəziyyətində olan T.Ələsgərli polisə təhvil verilib.

İlkin izahatında T.Ələsgərli bildirib ki, özünü ailə münaqişəsi zəminində relslərin üzərinə atıb. O, qeyd edib ki, uzun müddətdir Azərbaycanda yaşamır və bir neçə ölkədə olub. Bir neçə gün əvvəl T.Ələsgərli Bakıya gəlib və bibisinin himayəsində olan doğma bacısı ilə görüşmək istəyib. Lakin bibisi və onun ailə üzvləri bacısının T.Ələsgərli ilə görüşməsinə imkan verməyiblər. O, bacısını görmək üçün bir-neçə dəfə bibisinin yaşadığı ünvana getsə də, bacısı ilə görüşə bilməyib. Nəticədə T.Ələsgərli intihar etmək qərarına gəlib və o, bu addımı atıb.

Maşinist və metro nəzarətçilərinin sayıqlığı nəticəsində onun həyatını xilas etmək mümkün olub. Məlumata görə, T.Ələsgərli hazırda ağır stres keçirdiyindən həkim nəzarətinə verilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın