Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Özünü hərəkətdə olan avtomobillərin altına ataraq onları şantaj edən şəxs ifşa edilib

Özünü hərəkətdə olan avtomobillərin altına ataraq onları şantaj edən şəxs ifşa edilib

Abşeron polisi günün günorta çağı sürücülərə qənim kəsilən, özünü hərəkətdə olan avtomobillərin altına ataraq onları şantaj edən şəxsi ifşa edib.
Baku.ws xəbər verir ki, əslən Masallı rayonundan olan 42 yaşlı Zöhrab Abıyev öz pis niyyətli işini Xırdalan şəhərində həyata keçirərkən polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilib. Dindirilmə zamanı o, bu hərəkətlərini narkotik maddə aludəçisi olduğu üçün törətdiyi bildirib.
Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, əvvəllər məhkumluq həyatı yaşamış Zöhrab Abıyev çirkin əməllərini Bakının bir neçə ərazisində dəfələrlə təkrarlıyıb. Sürücülərdən şantaj yolu ilə əldə etdiyi pulu isə narkotikaya verib. Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, Zöhrab Abıyev bir müddət əvvəl Alatavadan Şamaxinkaya çıxan yolda növbəti dələduzluğunu etməyə hazırlaşakən avtomobillərdən birinin kamerasına yaxalanıb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın