Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Orucəli Qasımovun qardaşı oğlu həbs edildi

Orucəli Qasımovun qardaşı oğlu həbs edildi

Vətəninfo.az xəbər verir ki, İmisli rayonunun Mirili kəndində yanğın hadisəsi baş verib. Kənd sakinləri – Əmir Qəhrəmanov, Şəmsəddin Tağıyev, Əlhakim İsmayılov və Tağı Tağıyevə məxsus ot tayalarına qəsdən od vurularaq yandırılıb. Baş verən hadisəni isə törədən Bakı şəhər Baş Baytarlıq İdarəsinin rəisi Orucəli Qasımovun qardaşı oğlu Qasımov Nurlan Tarverdi oğludur.

Məlumata görə, Nurlan Qasımov həmkəndlilərinin ot tayasını yandırmaqla onlara külli miqdarda maddi ziyan vurub. Hadisə ilə bağlı Nurlan Qasımov İmişli Rayon Polis Bölməsi tərəfindən həbs edilib. Onun uzunmüddətli həbs edilib-edilməyəcəyi isə hələlik məlum deyil. Çünki Nurlan əmisi vəzifədə olduğu üçün yaxasını cinayət məsuliyyətindən qurtaracağına əmindir.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın