Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / “Onlar ən mədəniyyətsiz sürücülərdi…” 30 sutka həbs

“Onlar ən mədəniyyətsiz sürücülərdi…” 30 sutka həbs

Paytaxtda yüksək sürətlə hərəkət edən daha bir motoxuliqan saxlanılıb. Bu barədə “Qafqazinfo”ya Bakı şəhər DYP-nin rəis müavini Rəşadət Babayev məlumat verib.

O qeyd edib ki, bir neçə gün əvvəl aeroport yolunda 260/km saat  sürətlə hərəkət edən 99 A 372 nömrə nişanlı motonun sürücüsü yol polisinin saxla əmrinə tabe olmayıb: “ Belə vəziyyətdə yol polisi sürücülərə əziyyət verərək yolu bağlayıb. Bu səbəbdən də yolda süni tıxac yaradılıb. Həmin motonun sürücüsünə Suraxanı məhkəməsinin qərarı ilə 30 sutka həbs qərarı verilib”.

R. Babayev əlavə edib ki, baykerlərə dövlətin, millətin gözündə milli qəhrəman statusu vermək istəyənlər var: “Amma bunlar ən mədəniyyətsiz sürücülərdir. Ona görə də yol polisi onlara qarşı həmişə mübarizə aparacaq”.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın