Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Araşdırma / Öldürülən kombinat direktorunun oğlu: “Evi alt-üst ediblər”

Öldürülən kombinat direktorunun oğlu: “Evi alt-üst ediblər”

Xəbər evrdiyimiz kimi, Taxıl Kombinatının direktoru Qalib Bağırov yaşadığı bağ evində öldürülüb.

Mərhumun oğlu Pənah Bağırov APA-ya açıqlama verib.

O qeyd edib ki, atası evdə tək yaşayıb: “Atam bağ evində tək yaşayırdı. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyini bilmirik. Hadisəni törədən şəxslər evin altını-üstünə çeviriblər. Hazırda evdə polis və prokurorluq əməkdaşları araşdırma aparır. Evə heç bizi də buraxmırlar. Polis əməkdaşları mənim də izahatımı alıb. Ümid edirik ki, qətli törədən şəxslər tezliklə tapılacaq”.

Qeyd edək ki, hadisə bu gün Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı evdə qətlə yetirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

  *14:05

Bakıda daha bir qətl törədilib.

Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qalib Bağırov yaşadığı evdə qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, qətlə yetirilən Taxıl Kombinatının direktorudur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.

Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Rəşad Atakişiyevin nəşi tapıldı

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin …

Bir cavab yazın