Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / “O, brilyantları Akif Çovdarov və Eldar Mahmudov üçün gətirdiyimizi bilirdi” – MTN generalların məhkəməsi

“O, brilyantları Akif Çovdarov və Eldar Mahmudov üçün gətirdiyimizi bilirdi” – MTN generalların məhkəməsi

Ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 
Musavat.com xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində davam edən proses yenə də jurnalistlərin iştirakı olmadan davam etdirilib. Məhkəmə prosesinə hakim Həbib Həsənov sədrlik edib. Saat 11:00-a təyin edilimiş iclas 11:30-da başlayıb.
Prosesin əvvəlində MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədovun vəkili Cavid Rzazadə məhləməyə şifahi vəsatətlə müraciət edib. Vəkil müraciətində ötən gün S.Məmmədovun anasının dünyasını dəyişdiyini və onun yas mərasimində iştirak etməsi üçün şərait yaradılmasını istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmədə brilyant alverçisi Şahmar Qurbanovun epizodu üzrə şahid dindirilib. Şahid Ş.Qurbanovun keçmiş həyat yoldaşı Nigar Məmmədova olub. O, istintaqa verdiyi ifadəsini oxumadan imzaladığını bildirib.
“Şahmarın mənə dediklərini istintaqa demişəm. İfadəm həmin şəkildə yazılıb. Akif Çovdarov adlı şəxsi tanımamışam. Şahmarın da MTN-ə pul verməsini bilsəm də, hansı məbləğdə olduğunu bilmirəm” – deyə şahid ifadəsində deyib.
Daha sonra şahidin istintaqa ifadəsi elan olunub.
Şahmar Qurbanov musavat.com-a deyib ki, keçmiş həyat yoldaşı MTN-ə verilməsi üçün iki evinin, sexinin və maşınlarının satılmasından danışıb: “Yoldaşım istintaqa verdiyi ifadəsini təsdiqləyib. O, verilən məbləği də açıqlayıb. 1 milyona yaxın dəyəri olan əmlakımız, pulumuz A.Çovdarova verilib. Nigar Məmmədova mənim Akif Çovdarov üçün xaricdən brilyant gətirməyə getdiyimizi də təsdiqlədi. Həmin brilyantları A.Çovdarov və Eldar Mahmudov üçün gətirdiyimizi də bilirdi”.
Qeyd edək ki, Ş.Qurbanov Akif Çovdarovun ondan hədə-qorxu yolu ilə 500 min dollar nağd pul və 380 min dollarlıq brilyant aldığını iddia edir.
Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.
A.Çovdarov və digər 3 nəfərin cinayət işinə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın