Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Natiq Kərimov barəsində 4 aylıq həbs qərarı çıxarıldı

Natiq Kərimov barəsində 4 aylıq həbs qərarı çıxarıldı

Nardaran Ağsaqqallar Şurasının sədri  Natiq Kərimov hazırda MTN-in bazasında yeni yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) saxlanılır.
Bu məlumatı musavat.com-a Natiq Kərimovun oğlu Kamran Kərimov verib.
Onun sözlərinə görə, N.Kərimov orada dindirilir və dövlət tərəfindən ona vəkil də təyin olunub.
K.Kərimov atasının hansı səbəbdən saxlanılmasından xəbərsiz olduqlarını bildirdi: “Dünən uşaqları məktəbə aparmışdı. 60 nömrəli məktəbin qabağından aparıblar. Səbəbini bilmirik. Vəkil dedi ki, hələ ki, dindirilir. Məhkəmə olmayıb. Saytlarda yazmışdılar ki, Səbail Rayon Məhkəməsinə aparılıb. Amma DTX-da saxlanılır”.
***
Səbail Rayon Məhkəməsində Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.
“Report”un məhkəmədə olan əməkdaşı xəbər verir ki, onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.
N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın