Ana səhifə / Araşdırma / Müdir 22 yaşlı satıcı qızı niyə öldürüb? – Təfərrüat (FOTOLAR)

Müdir 22 yaşlı satıcı qızı niyə öldürüb? – Təfərrüat (FOTOLAR)

Bakıda 22 yaşlı qadının qətlinin təfərrüatı məlum olub. Musavat.com-un məlumatına görə, hadisə Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində baş verib.
Yeraltı keçiddəki mağazada 22 yaşlı Aslanlı Gülpəri Rasim qızı qətlə yetirilib. Gənc qızın meyiti mağazanın içərisindən tapılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş verdiyi mağazada satıcı işləyən Gülpəri Aslanlının müdiri Qarayev Vidadi Əziz oğlu tərfindən qətlə yetirildiyini müəyyən ediblər. Mağaza istintaq tədbirləri ilə əlaqədar bağlanıb, prokurorluq tərəfindən qapı və pəncərələr möhürlənib.
Məlumata görə, 1961-ci il təvəllüdlü Vidadi Qarayev mağazanı icarəyə götürüb.
22 yaşlı satıcı ilə 45 yaşlı müdir arasında sevgi münasibətlərinin olduğu, qətlin isə qısqanclıq zəminində törədildiyi bildirilir.
Qeyd edək ki, qətlə yetirilən Gülpəri Aslanlının dayısı Azərbaycan dövlət televiziyasının əməkdaşıdır.






Həmçinin oxuyun

Polşanın gizli qəhrəmanı, azərbaycanlı polkovnik: kod adı “Damazy” – ARAŞDIRMA

Gənc zabit Varşavanın Belvedere saray kitabxanasında kitablarla məşğulkən saatı unudur, qəfildən vacib bir görüşü olduğunu …

Bir cavab yazın