Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / MTN-nin tutduğu nurçuların adları bəlli oldu – Ölkədən çıxarıldılar

MTN-nin tutduğu nurçuların adları bəlli oldu – Ölkədən çıxarıldılar

Bir neçə gün öncə Milli Təhlükəsizlik Nazirliyinin Yasamal rayonunda keçirdiyi əməliyyatla saxlanılan 85 nəfərin içində xarici vətəndaşlar da olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı sakini Mübariz Əsədova məxsus evdə keçirilən yığıncaq zamanı saxlanılanlardan qanunla qadağan olunmuş kitablar götürülüb.
Saxlanılanlardan 5 nəfər haqda İnzibati Xətalar Məcəlləsinin 299-cu, iki nəfər haqda isə 300-cu maddə ilə protokol tərtib olunub.
Həmin iki şəxs xarici ölkə vətəndaşı olub. Onlar Türkiyə vətəndaşları 1969-cu il təvəllüdlü Nurulla Sunqur və 1968-ci il təvəllüdlü Şenol Mihdad Sədad oğlu olub.
IXM-nin 300-cu maddəsinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki min manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.
Saxlanılan digər 78 nəfər ifadəsi alınaraq sərbəst buraxılıb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın