Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / MTN əməkdaşlarının tutduğu şəxs məhkəmə zalından azadlığa buraxılıb – Proses

MTN əməkdaşlarının tutduğu şəxs məhkəmə zalından azadlığa buraxılıb – Proses

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə cinayət əməli törətməkdə təqsirləndirilən Rəhman Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.
Hökmə əsasən, Rəhman Musayev məhkəmə zalından azadlığa buraxılıb. Ona şərti cəza verilib. İclas qapalı keçirilib, hakim İ. Həsənzadənin göstərişinə əsasən jurnalistlər zala buraxılmayıb.
Qeyd edək ki, Rəhman Musayev Cinayət Məcəlləsinin 271-ci (Kompüter sisteminə qanunsuz daxil olma), 177-ci (oğurluq) və digər maddələrinə əsasən ittiham edilib.
Rəhman Musayev MTN əməkdaşları tərəfindən tutulub. O, xarici vətəndaşların bank hesabından pul oğurlamaqda ittiham edilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın