Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Mahmudov məmurları necə dinləyib? – “Orada MTN-in otaqları olub”

Mahmudov məmurları necə dinləyib? – “Orada MTN-in otaqları olub”

Sabiq BTRİB rəisi, hazırda Sabunçu telefon qovşağının rəhbəri Nəriman Salmanov telefon danışıqları vasitəsilə dinləmələrin hansı qaydada həyata keçirilməsi və hətta dövlətdə yüksək vəzifələrdə təmsil olunan şəxslərin istifadə etdiyi 4 rəqəmli telefon nömrələrinin də dinlənilmısi barədə ifadə verib.

N.Salmanov bildirib ki, Bakı şəhərində yerləşən telefon qovşaqlarının əksəriyyətində ləğv edilmiş MTN-ə məxsus otaqlar olub: “Həmin otaqlarda da müvafiq avadanlıqlar yerləşdirildi, otaqlara baxmaq səlahiyyətim yox idi. Eyni zamanda ATS-lərin Krosslarında (ara bağlantı) MTN-ə məxsus müdafiə zolaqları var idi, həmin müdafiə zolaqları MTN-ə məxsus otaqlarla kabel vasitəsilə birləşdirilmişdi. Həmçinin hər bir ATS-in Krossunda MTN-lə əməkdaşlıq edən işçi olurdu, hər hansı abonentin danışığına qulaq asmaq zərurəti yarandıqda MTN əməkdaşının müvafiq Kross işçisinə bu barədə şifahi məlumat verirdi. Kross işçisi də deyilən abonentə məxsus naqili MTN-ə məxsus müdafiə zolağına birləşdirirdi. Daha sonra isə qulaq asma prosesi başlayırdı”.

İttihama görə, keçmiş MTN rəhbərliyi dövlətin yuxarı pillələrində təmsil olunan şəxslərin istifadə etdiyi 4 rəqəmli teleofonları da dinləyib.

N.Salmanov Yasamal telefon qovşağının “Kross sexi”ndə hökumət rabitəsinə məxsus dörd rəqəmli abonentlərlə aparılan danışıqlara qulaq asılmasından məlumatsız olduğunu deyib: “Bakı telefon rabitəsi istehsalat birliyinin baş direktoru vəzifəsində işlədiyim müddətdə xidməti otağımda neçə ədəd telefon yuvasının qoşulduğunu xatırlamıram. Ancaq təxminən 4 ədəd telefon xəttindən istifadə olunurdu. Mən vəzifədə olanda 34 ədəd telefon xətti olmadığını dəqiq bilirəm. Beytulla Hüseynov yalan deyir, həmin telefon xəttlərini sonradan özü çəkdirib”.(Qafqazinfo)

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın