Bazar , Sentyabr 26 2021
Ana səhifə / Araşdırma / Məşhur qızılsatanı qətlə yetirən qızı imiş

Məşhur qızılsatanı qətlə yetirən qızı imiş

Bakıda qızıl alverçisini xüsusi amansızlıqla qətlə yetirən şəxslər tutulub.

“ Azinforum.az ” xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin mərhumun qızı Günel Hüseynova olduğu müəyyən edilib. G. Hüseynova saxlanılıb. Araşdırmalar zamanı o da məlum olub ki, G. Hüseynova hadisəni tək törətməyib. Qətldə G. Hüseynova ilə birgə onların daha bir neçə qohumu iştirak edib. Həmin şəxslər də artıq saxlanılıb.

Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.

M. Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30 000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.

Məryəm Namidzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.

Həmçinin oxuyun

Bank oğruları yenə AKTİVLƏŞİB – Nura Suri və rəfiqələri necə TORA DÜŞÜB?

Bank kartlarının dələduzları son vaxtlar daha da aktivləşiblər. Vətəndaşların bank kartlarındakı pullarının oğurlanması ilə bağlı …

Bir cavab yazın