Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Lerikdə minik avtomobili dərəyə aşdı: 2 nəfər ölüb, 2-si yaralanıb – YENİLƏNİB

Lerikdə minik avtomobili dərəyə aşdı: 2 nəfər ölüb, 2-si yaralanıb – YENİLƏNİB

Lerik rayonunda minik avtomobili dərəyə aşıb.
“Report”un Cənub bürosunun məlumatına görə, qəza nəticəsində “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü və bir sərnişini ölüb, daha ikisi isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan biri Azərbaycan, digəri Rusiya vətəndaşıdır. Bunlar Lənkəran rayonu Dilyan kənd sakini, 1968-ci il təvəllüdlü Tağı Maşallah oğlu Tağızadə və Rusiyanın Xabarovsk vilayətinin sakini, 1980-ci il təvəllüdlü İrina Suvorova Yuriyevnadır.
***
Lerik rayonunda yol qəzası baş verib.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Lerik avtomobil yolunun 23-cü km-də qeydə alınıb.
Belə ki, “Toyota Land Cruiser” markalı minik avtomobili sərt döngədə yoldan çıxaraq dərəyə aşıb. Nəticədə avtomobilin sürücüsü hadisə yerində ölüb, onun xanım sərnişini isə ağır yaralanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın