Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / KXCP üzvünü öldürənlərə cəza – 232 il

KXCP üzvünü öldürənlərə cəza – 232 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Salyanda KXCP üzvünü öldürməkdə təqsirləndirilən 18 nəfərə cəza istənilib.

Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslər üçün cəza istəyib. Prokuror Oqtay Zəkiyevin 16 il 6 ay, Xəzər Əhmədovun 15 il, Rauf Rəhimovun 15 il, Şahin Niftiyevin 15 il, Tacəddin Qafaroun 15 il, Təvəkkül Seyidovun 15 il, Rəşad Ağayevin 15 il, İbrahim Miriyevin 14 il, Kənan Qasımlının 14 il, Pərviz Hüseynovun 14 il, Kənan Alıyevin 14 il, Azad Cəbayılovun 14 il, Rauf Mahmudovun 14 il, Rafael Əliyevin 13 il, Tural Cavadzadənin 13 il, Kamil Salayevin 8 il, Elməddin Quliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, 2014-cü il martın 4-də Salyan rayonunun Qaraçala kəndindən keçən avtomobil yolunun kənarında kənd sakini Aydın Xəlilovun üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qətlin sifarişçisinin rayon sakini Şahin Niftiyev olması müəyyən olunub. İstintaq araşdırmaları zamanı məlum olub ki, o, qardaşı Azər Niftiyevin 2007-ci ildə Rusiya Federasiyasının Ufa şəhərində həmyerlisi Aydın Xəlilov tərəfindən qətlə yetirilməsi barədə məlumat əldə etdikdən sonra qisas almaq qərarına gəlib. Bu məqsədlə Ş.Niftiyev qohumu Rauf Rəhimova 10.000 manat müqabilində A.Xəlilovun öldürülməsini təklif edib və əvvəlcədən 5.100 manat ödəyib. R.Rəhimov bu sifarişi icra etmək üçün tanışları Oktay Zəkiyev, Təvəkkül Seyidov və Tacəddin Qafarovdan ibarət mütəşəkkil dəstə yaradaraq Yasamal rayonu ərazisindəki mağazalardan birindən 3 ədəd bıçaq alıb, nəqliyyat vasitələrinin icarəsi ilə məşğul olan firmadan isə “Mitsubishi-Pajero” markalı avtomobil kirayələyib.
Daha sonra R.Rəhimov, T.Qafarov və T.Seyidov həmin avtomobillə Salyan rayonunun Qaraçala kəndinə gələrək özlərini A.Xəlilova polis əməkdaşları kimi təqdim edib və onu avtomobilə əyləşdirərək aparıblar. Təqribən 600-700 metr aralandıqdan sonra üzərilərində olan bıçaqlarla A.Xəlilova 34 zərbə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib, meyitini isə yolun kənarına atıblar. İstintaq zamanı onların Elmira Məmmədova adlı qadının evinə basqın etmələri, ona və qızı Xədicəyə zor tətbiq etməklə onlara məxsus 16 min manat pulu ələ keçirmələri də məlum olub.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın