Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Bayraq Meydanının keçmiş rəisindən xəbər var

Bayraq Meydanının keçmiş rəisindən xəbər var

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün həbsdə olan Dövlət Bayrağı Meydanının keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovla görüşüb.

Elçin Behbudovun Anspress-ə verdiyi məlumata görə, görüş Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında keçirilib. Hüquq müdafiəçisi bildirib ki, keçmiş rəislə birgə daha 2 nəfərlə də görüşüb.

“Təcridxanada saxlanılan 1971-ci il təvəllüdlü İsfəndiyar Sabir oğlu İsfəndiyarov, 1965-ci il təvəllüdlü Arzu Ümid oğlu Məmmədov və 1971-ci i təvəllüdlü Rəşad Rəfael oğlu Məmmədovla görüşdüm. Görüş zamanı onların saxlanma şəraitilə tanış oldum. Saxlanılanlar bildirdilər ki, onlara qarşı heç bir zorakılıq və təzyiq olunmur. Onlar istintaqın gedişatından narazı olmadıqlarını qeyd etdilər”, – deyə Elçin Behbudov bildirib.

Hüquq müdafiəçisi haqqında müxtəlif söhbətlər gəzən Rəşad Məmmədovdan bəzi açıqlamalar da alıb. Ermənilərlə qohumluğu olduğu iddia edilən R.Məmmədov görüş zamanı qaranlıq məsələlərə aydınlıq gətirib.

“Dediki, barəsində deyilənlərin hamısı yalandır. Onun heç bir erməni qohumu yoxdur”.

Qeyd edək ki, hər 3 saxlanılan barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci dələduzluq maddəsilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın