Cümə axşamı , Noyabr 14 2019
Ana səhifə / Araşdırma / Kriminal avtoritetlər tutuldu – HACIQABULDA

Kriminal avtoritetlər tutuldu – HACIQABULDA

Hacıqabul rayonu ərazisində dəfələrlə məhkum olunmuş şəxslərdən narkotik vasitələr götürülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon sakini, 1967-ci il təvəllüdlü, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş və kriminal aləmdə “Ağbaş” ləqəbi ilə tanınan Aslanov Mübariz Hüseynbala oğlu saxlanılıb. Onun üzərində 475 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Hacıqabul rayon Polis Şöbəsi və Yol Patrul Xidmətinin birgə keçirdikləri digər əməliyyat zamanı Şirvan sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 1975-ci il təvəllüdlü, kriminal aləmdə “Qocaman” ləqəbi ilə tanınan Ağamalıyev Vüsal Rafik oğlu saxlanılıb, ondan 1,574 qram heroin götürülüb. Ona məxsus “Opel Astra” markalı, 90 BJ 468 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən orada 985 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Hər iki fakt üzrə Hacıqabul rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Mustafa Kamal Atatürk Britaniya kəşfiyyatının hesabatlarında: onun haqqında nə deyilirdi? – ARAŞDIRMA

Bundan 100 il əvvəl hazırlanmış kəşfiyyat hesabatlarından görünür ki, Mustafa Kamal Atatürk 1919-cu ilin may …

Bir cavab yazın