Ana səhifə / Araşdırma / Kredit fırıldağına görə saxlanılan məktəb direktoru azadlıqda

Kredit fırıldağına görə saxlanılan məktəb direktoru azadlıqda

Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi qaldırılaraq saxlanılmış Sabirabad şəhər, Sabir adına 1 saylı orta məktəbin direktoru Diləfruz Mustafayeva zaminə buraxılıb.
Bu barədə virtualaz.org saytına Sabirabad rayonundakı mənbələrdən məlumat verilib.
Hüquq-mühafizə orqanları tərəfindən sentyabrın 2-də saxlanılmış Diləfruz Mustafayevanın  qarşısında isə şərt qoyulub ki, ayrı-ayrı şəxslərin, o cümlədən müəllimlərin adına aldığı külli miqdarda kredit  borclarını qısa vaxt ərzində ödəsin.
Xatırladaq ki, məktəb direktoru banklardan Sabirabad sakinləri olan ayrı-ayrı vətəndaşların, əsasən isə rayon məktəblərinin müəllimlərinin adına külli miqdarda kredit götürmüşdü. Amma son vaxtlar bu pulu ödəyə bilmədiyindən banklar kredit borcunu müəllimlərin əməkhaqqından tutmağa başlamışdı. Adına kredit götürülən vətəndaşlar hüquq-mühafizə orqanlarına şikayət etmişdilər və bu şikayətlər əsasında araşdırma aparılaraq cinayət işi başlamışdı.

Həmçinin oxuyun

BAKI ÜRƏK MƏRKƏZİNDƏ XƏSTƏNİ NECƏ ÖLDÜRDÜLƏR? – VİDEO

47 yaşlı Babək Kərimovun xəstəxanaya ayaq üstə gəlib, əməliyyatdan sonra meyitinin xərəkdə çıxması qardaşı Zahid …

Bir cavab yazın