Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Kiyevdə Mixail Saakaşvilinin qardaşı saxlanılıb

Kiyevdə Mixail Saakaşvilinin qardaşı saxlanılıb

Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin qardaşı David Saakaşvili Kiyevdə polislər tərəfindən saxlanılıb.

Bu barədə Saakaşvili özünün “Facebook” səhifəsində məlumat verib. Onun sözlərinə görə, hüquqşunas olan qardaşı bu gün səhər saatlarında polis tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb:

“Ukraynanın daxili işlər naziri Arseniy Avakovun adamları qardaşımı evdən çıxan zaman saxlayıblar. Onun Ukraynada yaşamaq üçün icazəsi var. Onlar hesab edirlər ki, bu cür addımlarla ölkəyə (Red-Ukranya) gəlməyimə nail olacaqlar. Siz məni çox pis tanıyırsız! Bu addımınız mənim Ukraynanı və Ukrayna vətəndaşlarını özbaşınalıqdan müdafiə etməklə bağlı qətiyyətli mövqeyimi daha da möhkəmləndirir”.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın