Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Kişi sevgilisini dəmirlə döyüb – Goranboyda + Video

Kişi sevgilisini dəmirlə döyüb – Goranboyda + Video

Goranboyda döyülmə hadisəsi baş verib. “Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, məcburi köçkün Məzahir Fərzəliyev qeyri-rəsmi nikahda olduğu Almaz Əhmədovanı qısqanclıq zəminində döyərək ağır xəsarətlər yetirib.

Zərərçəkən bildirib ki, Məzahir Feyzullayev ona dəmir parçası ilə vurub: “41 yaşım var. Hələ bir adamla əlaqədə olmamışam. Ayağını qoydu başımın üstünə, dəmir parçası ilə başıma, beynimə vurdu. Dedi ki, məni öldürməmiş kiminlə əlaqədə olduğumu söyləyim. Dedim mən nahaq yerə özümə ləkə vura bilmərəm. 3 ildi birlikdəyik, xəyanət etməmişəm”.

Lakin qadın birgə yaşadığı kişini buna inandıra bilməyib. Bunun nəticəsində isə o, aldığı xəsarətlərdən Goran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən Məzahir Fərzəliyev saxlanılıb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın