Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Keçmiş arvadının qətlini sifariş edən şəxsə və qatilə hökm oxundu

Keçmiş arvadının qətlini sifariş edən şəxsə və qatilə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının ölümünü sifariş etməkdə ittiham olunan Elşad Həsənov və qətli törədən Rüstəm Rzayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Şəkər Məmmədova sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, onların hər biri 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il yanvarın 10-da Sabunçu rayonu, Zabrat qəsəbə sakini 52 yaşlı Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyiti yaşadığı evdə aşkarlanıb. Polis və prokurorluq əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri Rüstəm Rzayev və tanışı Elşad Həsənov tutularaq istintaqa cəlb ediliblər. Məlum olub ki, Rüstəm Rzayev keçmiş arvadı Sevil Rzayevanı öldürtmək məqsədi ilə tanışı Elşad Həsənovla 2000 manat müqabilində qabaqcadan razılaşıb. Elşad Həsənov yanvarın 10-da Sevil Rzayevanın yaşadığı evə daxil olub və özü ilə götürdüyü küt alətlə onun baş nahiyəsinə zərbə endirərək öldürüb.

Bəlli olub ki, həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan Rüstəm Rzayev ondan ayrılmağa qərar verib. Bir həftədən sonra – yanvarın 18-də məhkəmə onların boşanması ilə bağlı məsələyə baxacaqmış. Ərinin boşanmaqda israrlı olduğunu görən Sevil Rzayeva həyat yoldaşına məxsus evdən və obyektdən pay tələb edib. Rüstəm Rzayev isə Sevil Rzayevaya mülklündən pay verməmək üçün onu aradan götürmək qərarına gəlib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham ediliblər.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın