Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / Kamran Həsənli 7 ildən 12 ilədək müddətə həbs edilə bilər

Kamran Həsənli 7 ildən 12 ilədək müddətə həbs edilə bilər

Kamran Həsənlinin əməli sübuta yetirilərsə 7 ildən 12 ilədək həbs cəzası ala bilər.

Lent.az yazır ki, Kamran Həsənlinin dələduzluq əməli sübuta yetirlərsə teleaparıcının ağır cəza gözləyir.

Onun barəsində artıq Nərimanov rayon Prokurorluğunda  Cinayət Məcəlləsinin 178.3.2(dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Maddənin açılışında bildirilir ki, şəxsin bu əməli sübuta yetirilərsə o, 7 ildən 12 ilədək azadlıqlıqdan məhrum edilə bilər. Təbii ki, burda yüngülləşdirici və ağırlaşdırıcı hallar Cinayət Prosesual Məcəlləsininin tələblərinə uyğun verilir. Hətta əməli sübuta yetirilən şəxs istintaq dövründə və yaxud məhkəmə zamanı zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəsə onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti) ilə daha yüngül cəza tətbiq edilə bilər.

Son məlumatlara görə, Kamran Həsənli müğənni Samir Piriyevdən 80 min dollar deyil, 125 min dollar alıb. Bunu S.Piriyevin vəkili deyib.

*   *   *15:54

Şoumen Kamran Həsənliyə dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, K.Həsənli müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın