Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Araşdırma / Kəsdiyi uşağın başı ilə metroya girdi – Rusiyada dəhşətli qətl

Kəsdiyi uşağın başı ilə metroya girdi – Rusiyada dəhşətli qətl

Rusiyada dəhşətli qətl hadisəsi baş verib.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, əlində kəsilmiş uşaq başı tutan qadın Moskva metrosunda saxlanılıb. Başdan-ayağa qara rəngdə geyinmiş qadının “Allahu Əkbər” deyə qışqırdığı və polisləri özünü partladacağı ilə hədələdiyi qeyd edilir.

Hazırda metro stansiyası giriş-çıxış üçün bağlanıb. Daxili İşlər Nazirliyi də faktı təsdiqləyib.

Dörd yaşlı qızın ölümündə şübhəli bilinən dayə saxlanılıb və psixi durumunu müəyyən etmək üçün ekspertiza təyin edilib. 38 yaşlı qadının Özbəkistan vətəndaşı Gülçöhrə Bobokulova olduğu müəyyən edilib.

Ehtimal edilir ki, dayə uşağın başını kəsəndən sonra evi yandırıb, 4 yaşlı qızın cansız bədəni yanan evdən tapılıb.

***

Dindirmə zamanı 39 yaşlı qadın cinayəti ərinin xəyanəti səbəbindən törətdiyi bildirib, lakin ərinin xəyanəti ilə dayəlik etdiyi ailənin nə kimi əlaqəsi olduğunu izah edə bilməyib.

Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …

Bir cavab yazın