Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / İŞİD liderinin əmisi oğlu qandallandı – FOTO

İŞİD liderinin əmisi oğlu qandallandı – FOTO

Qərbi Mosulda İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadinin əmisi oğlu saxlanlıb.

Bu barədə “Al Sumaria” telekanalı məlumat verib.

Onun adı açıqlanmasa da Mosulun Əl-Cusak rayonunda yaxalandığı bildirilir. Adıçəkilən ərazi bir müddət əvvəl terrorçulardan təmizlənib.

İraqın Mosul şəhəri 2014-cü il, iyunun 10-da İŞİD silahlıları tərəfindən ələ keçirilib. Fevralın 19-a Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb. Şərqi Mosul ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib.

Mosulun azad edilməsi əməliyyatı 17 oktyabr 2016-cı ildə başlayıb.

APA

 

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın