Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Araşdırma / İş adamının bir neçə dəfə intihara cəhd etdiyi bina sökülür – Video +Fotolar

İş adamının bir neçə dəfə intihara cəhd etdiyi bina sökülür – Video +Fotolar

Ötən ilin noyabr ayında iş adamı İlqar Məmmədovun bir neçə dəfə intihar məqsədi ilə çıxdığı onaməxsus 4 mərtəbəli yarımtikili artıq sökülür.

“Qafqazinfo”nun hadisə yerinə olan əməkdaşlarının verdiyi xəbərə görə, söküntü işlərinə martın 14-də başlanılıb. Söküntünü Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir.

Əldə etdiyimiz məlumata görə, artıq dövlət qurumları ilə sahibkar arasında razılıq əldə olunub. Belə ki, meriya iş adamı İlqar Məmmədova paytaxtın Xətai rayonu ərazisində torpaq sahəsi verib. Binəqədi rayonu, Zərifə Əliyeva parkının yaxınlığında “Zeytunluq” deyilən ərazidəki yarımtikilinin isə sökülməsinə start verilib. Binadan çıxacaq tikinti materialları iş adamının özünə təhvil veriləcək. Tikintiyə xərclənən digər vəsaitlər qarşılığında isə İlqar Məmmədova kompensasiya ödəniləcək. İlqar Məmmədov Binəqədi rayonundakı yarımçıq qalan idman sağlamlıq kompleksini Xətai rayonunda yenidən tikməyə davam edəcək.

Binanın qəzalı vəziyyətdə olduğuna görə sökülməsi və bununla bağlı Fövəqladə Hallar Nazirliyi tərəfindən qərar verildiyi barədə mediada yayılan məlumatlar Bakı meriyası tərəfindən təkzib olunub.

Ərazidə olan Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi nümayəndəsi Zülfəli İsmayılov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bina meriyanın qərarı ilə sökülür: “Binanın sökülməsinə səbəb qəzalı vəziyyətdə olması deyil. FHN-nin buna heç bir aidiyyatı yoxdur. Rəsmi qərar budur ki, bina yaşıllıq üçün nəzərdə tutulmuş ərazidə tikilib. Kompensasiya ilə bağlı hər hansı bir məlumatım yoxdur. Bununla bağlı rəsmi qərar hələ verilməyib”.

Qeyd edək ki, həmin ərazidə idman-sağlamlıq kompleksinin tikilməsi üçün 2009-cu ildə Bakı meriyası razılıq verib. Binanın tikintisinə 2011-ci il başlanılıb, bu il, yəni 2016-cı ilə başa çatdırılmalı idi.

Ötən ilin noyabrın 25-də sahibkar İlqar Məmmədov binanın üzərinə çıxaraq özünü öldürəcəyini, daha işləyə bilmədiyini və bezdiyini demişdi. Hadisə yerinə gələn Binəqədi rayon icra başçısı Xaləddin İskəndərov və Binəqədi RPİ rəisi Namiq İsmayılov onunla danışıb fikrindən danışdıra bilmişdilər.

 

Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …

Bir cavab yazın