Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / İş adamı Rəşad Qafarov Praqada maşınında ölü tapıldı – Müəmmalı qətl – FOTOLAR

İş adamı Rəşad Qafarov Praqada maşınında ölü tapıldı – Müəmmalı qətl – FOTOLAR

Virtualaz.org internet mənbələrində araşdırıb ki, Rəşad Qafarov Çexiyada və Azərbaycanda öz sahəsində kifayət qədər tanınmış biznesmen olub. O, hazırda fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin məzunudur, bundan əvvəl “Panalphina” beynəlxalq loqistika şirkətinin regional nümayəndəliyində işləyib. Sonuncu vəzifəsi TERN Transport & Trading CZ şirkətinin baş direktoru vəzifəsi idi. Çexiyanın şirkətlər reyestrində yer alan məlumata görə bu şirkətin səhmdarları Rəşad Qafarov və Dilara Qafarovadır.

Virtualaz.org TERN Transport & Trading CZ şirkətinin Bakı nümayəndəliyinin əlaqə nömrələrini əldə edib, nümayəndəliyə zəng vuran əməkdaşımız şirkətin əməkdaşından Rəşad Qafarovun müəmmalı ölümü barədə soruşub. “Biz bu barədə heç bir açıqlama verə bilmərik, xahiş edirik bizi başa düşəsiniz”-telefon zənginə cavab verən əməkdaş bildirib.

***

Praqada maşınında bıçaqlanmış vəziyyətdə ölü tapılan azərbaycanlı iş adamı Rəşad Qafarovun şirkəti beynəlxalq yükdaşımalarla məşğul olur.

Virtualaz.org xəbər verir ki, “TERN TRANSPORT & TRADING” şirkətinin saytında göstərilənlərə əsasən bu şirkət 2008-ci ildə yaradılıb, hava, dəniz, dəmiryolları və avtomobil daşımaları ilə loqistik xidmətlərin tam kompleksini təklif edir.

Şirkətin ilkin yükdaşıma marşrutu Azərbaycandan olsa da o, tezliklə fəaliyyətini genişləndirib, Çexiya, Böyük Britaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Türkiyədə filiallar şəbəkələri, anbarlar yaradıb. Şirkət hazırda Avropanın avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində liderlərindən biridir. Saytda göstərilir ki, şirkət dünyanın istənilən bir nöqtəsindən istənilən başqa nöqtəsinə yükləri çatdırmağa hazırdır. Yükdaşımalardan əlavə şirkət yüklərin qısa və uzunmüddətli saxlanılmasını, yüklərin idarə edilməsini, gömrük xidmətlərini, sığorta və digər məsələləri də həll edir.

Hazırda şirkət dünyanın 6 qitəsində və onlarla ölkəsində işləyir. Azərbaycanda və Avropa İttifaqı ölkələrində anbar kompleksləri var.

* * *

Azərbaycanlı iş adamı, “Tern Transport & Trading CZ” şirkətinin rəhbəri Rəşad Qafarov Praqada maşınında ölü tapılıb. Çexiyanın “Nova TV” televiziyası xəbər yayıb ki, hadisə günün günorta çağı baş verib. Onun üzərində bıçaq xəsarətləri olub.

Polis hələlik hadisənin necə baş verməsi ilə bağlı məlumat yaymayıb.Azərbaycanın Çexiyadakı Konsulluğundan deyiblər ki, onlara iyunun 30-da Çex polisindən onlara şifahi məlumat daxil olub.

“Rəşad Qafarovun öz maşınında cansız vəziyyətdə” tapılması haqda məlumat verilib, hadisənin araşdırıldığı bildirilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın