Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Şou Biznes / Ana 3 uşağını atıb başqasıyla qaçdı – Çantalarına o fotonu qoydu

Ana 3 uşağını atıb başqasıyla qaçdı – Çantalarına o fotonu qoydu

Bakıda Xəyalə Kərimova adlı qadın 3 uşağını ataraq başqa kişiyə qoşulub qaçıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru Vasif Akifli feysbuk hesabında yazıb. Hadisə iyulun 1-də baş verib. Ana qaçdıqdan sonra uşaqların nənəsi onları küçəyə atıb.

Uşaqlar Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdiriliblər.

Ən maraqlısı isə odur ki, uşaqlar tapılan zaman əllərində olan çörək və sənədlər yerləşdirilmiş çantada analarının birgə qaçdığı kişinin də fotosu olub.

Ağsu rayon Polis Şöbəsindən verilən məlumata görə, uşaqların atası (rəsmi boşanıblar) 29 sentyabr 2015-ci ildən uşaqlara görə ayrılmış aylıq alimenti ödəmədiyinə görə 05.04.2017 ci ildən borclu kimi axtarışdadır.

Koordinatorun sözlərinə görə, həftənin ilk iş günü uşaqların ana və atası haqqında axtarış başladılmaqla yanaşı, uşaqları xəlvət atan və qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın