Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / İranda dəhşət: 9 nəfərin üstünə dəmir ərintisi töküldü

İranda dəhşət: 9 nəfərin üstünə dəmir ərintisi töküldü

İranın Yasuc şəhərində yerləşən metaləritmə zavodunda şiddətli partlayış olub.

Axar.az xəbər verir ki, partlayış nəticəsində 9 nəfər ağır bədən xəsarətləri alıb. Onların üstünə ərimiş dəmir tökülüb.

Hadisə yerinə cəlb olunan 4 təcili yardım maşını onlardan üçünü 100 faiz yanıq diaqnozu ilə Şiraza, üçünü isə 75 və 45 faiz yanıq diaqnozu ilə İsfahandakı xəstəxanaya çatdırıblar.

Digər 3 nəfər yanıq və kantuziya diaqnozu ilə Yasucda xəstəxanaya yerləşdirilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın