Cümə , Aprel 26 2024
Ana səhifə / Araşdırma / İcra başçısının köməkçisi cəzalandırıldı – Maşını cərimə meydançasına aparıldı

İcra başçısının köməkçisi cəzalandırıldı – Maşını cərimə meydançasına aparıldı

Xaçmazda maraqlı hadisə baş verib.

Mia.az xəbər verir ki, rayona bir neçə ay əvvəl polis rəisi təyin edilən Nofəl Məhərrəmov rayonda qayda-qanuna əməl etməyən sürücülərə qarşı ciddi tədbirlərə başlayıb.

Rayondakı mənbə xəbər verir ki, polis rəisi  icra başçısı Şəmsəddin Xanbabayevin köməkçisinin də avtomobilini cərimə meydançasına aparılmasına göstəriş verib. Maşının hansı səbəbdən aparılaması haqda sayta verilən məlumatı dəqiqləşdirə bilmədiyimizdən yazmadıq.

Bəzi xəbərlərə görə, az əvvəl İcra Hakimiyyətinin qanunları pozan digər bir əməkdaşının da maşını belə saxlanılıbmış…

Onu da qeyd edək ki, N.Məhərrəmov iyun ayında Xaçmaza rəis təyin edilib. O, bu vəzifəsinə qədər Nizami rayon polis idarəsinin rəisi işləyib.

Qarşı tərəfi də dinləməyə hazırıq.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın