Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Əvəz Zeynallıya Elmar Hüseynovun son aqibətini xatırlatdılar…

Əvəz Zeynallıya Elmar Hüseynovun son aqibətini xatırlatdılar…

“Xural” qəzetinin baş redaktoru əvəz Zeynallı niyə bu gün Binəqədi rayonu polis idarəsi 4-cü polis bölməsinə çağırıldığına aydınlıq gətirib:
“4-cü polis bölməsinin sahə müvəkkili Nadir Abbasovla görüşdüm. Sakit, sadə, səsinin tonu aşağı bir polis mayorudur. Mənə elə gəldi ki, məni niyə çağırdığını unudub. Nə soruşdum, “özün bilirsən” dedi. Mənə bir daha həbsxanaya düşməməyi, bir də elə işlərlə məşğul olmamağı tövsiyə etdi. “Hansı işlərlə” dedim, “yox, elə-belə dedim” dedi. Söz adamı olduğumu, sözlə mübarizə apardığımı dedim. “Söz adamları da gedirlər” dedi. “Hara” dedim, Nəcəf Nəcəfovun, Elmar Hüseynovun adını çəkdi. “Məni təhdidmi edirsiniz?” dedim, “yox, mən sadəcə səninlə tanış oluram” dedi. Beləcə, niyə çağırıldığımı bilmədim, amma çox ciddi mesajlar aldım. Deməli, niyə çağırıldığımı, nə düşündüklərini, nə etdiyimi – hamısını özüm bilməliyəm. Ziyalı olduğumdan, heç kimə bənzəmədiyimdən, hər şeyi özümün anlamalı olduğumdan danışdı və… çıxdım.
Bunu çox ciddi mesaj və xəbərdarlıq olaraq qəbul edirəm. Hətta mərhumların adlarının çəkilməsini təsadüf hesab etmirəm. Mən hər şeyi anladım. Mesajlarımı aldım.
Dostlar, hamınıza təşəkkür edirəm. Bütün duyarlı həmkarlarıma, saytlara, xəbər portallarına, dostlara, mənimlə polis bölməsinə qədər qələm adamlarına – Ramin Dekoya, Ilkin Pireliyə – , narahatçılıq keçirən, mənimlə o narahatçılığı bölüşən hər kəsə mütəşəkkirəm. Var olun!”

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın